08 sentyabr 2019 19:12
271

"AAAF Park"da sahibsiz itlər "at oynadır" - Sakinlərdən etiraz

Xırdalanda yerləşən "AAAF Park" yaşayış kompleksinin sakinləri binalarının ətrafında dolaşan saysız-hesabsız sahibsiz itlərdən şikayətçidir.

"Yeni Sabah" xəbər verir ki, şikayətçilər tərəfindən "Qafqazinfo"ya göndərilən videoda 10-dan çox sahibsiz itin kompleksin ərazisində sürü halında gəzdiyi görünür. Onlar daha çox heyvanların uşaqlara, eləcə də yaşlı insanlara hücum edəcəyindən qorxur. 

Məsələ ilə bağlı "AAAF İnşaat" MMC-nin mətbuat katibi Kənan Məstəliyev açıqlama verib. O, hadisədən xəbərdar olduğunu vurğulayıb.

"Biz şirkət olaraq sahibsiz itlərlə məşğul olan müvafiq dövlət qurumlarına rəsmi şəkildə dəfələrlə müraciət etmişik. Onlar lazımi formada tədbir görməyib", - deyə Məstəliyev qeyd edib.

Oxşar xəbərlər