Vilayət Eyvazov 3 rəisi işdən çıxardı
09.sentyabr.2019 13:48
2454

Vilayət Eyvazov 3 rəisi işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

"Yeni Sabah" Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Oxşar xəbərlər