Azərbaycanda daha 2 nəfər qarayaraya yoluxdu
09 Sen 2019 14:00
150

Azərbaycanda daha 2 nəfər qarayaraya yoluxdu

Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib. 

Səhiyyə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. 

Qeyd olunub ki, hazırda xəstəxananın İnfeksion şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.

Xatırladaq ki, cari ilin iyul ayında da Sabirabad rayonunda 2 nəfər bu xəstəliyə yoluxmuşdu. 

Oxşar xəbərlər