Gürcüstan Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadı  – Bəyənat
09 Sen 2019 17:54
159

Gürcüstan Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadı – Bəyənat

Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “yerli özünüidarəetmə orqanlarına” keçirilən “seçkilər” ilə bağlı bəyanat yayıb.

“Yeni Sabah” “Azərtac”a istinadla xəbər verir ki, bununla bağlı Gürcüstan XİN-inin saytında rəsmi məlumat yerləşdirilib.

Bəyanatda deyilir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda 2019-cu il sentyabrın 8-də keçirilən “yerli özünü idarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.

Həmçinin qeyd edilib ki, Gürcüstan münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq ictimaiyyətin iştirakı ilə həllinə tərəfdardır.

Oxşar xəbərlər