Hərəkətdə olan maşının sürücüsü yatıb qaldı, oyada bilmədilər – Xəbərdarlıq - Video
10 Sen 2019 14:51
180

Hərəkətdə olan maşının sürücüsü yatıb qaldı, oyada bilmədilər – Xəbərdarlıq - Video

“Tesla” şirkətinə aid “Model S” avtomobili istifadə edən sürücünün maşın hərəkətdə olarkən yatdığı görüntülənib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, əslində “Tesla” avtomobilləri avtomatik pilot rejiminə keçdikdə bir müddət sonra sürücünün orda olub-olmamasını yoxlamaq üçün xəbərdarlıq siqnalını işə salır. Bu siqnalı kəsmək üçün mütləq sükana toxunmaq lazımdır. Lakin bəzi sürücülər hiylə işlədərək, sükana hansısa əşyanı söykəyərək bu xəbərdarlığın işə düşməsinin qarşısını alırlar. Beləliklə, öz həyatlarını təhlükəyə atırlar.

Yolda sükan arxasında yataraq gedən sürücünü görənlər isə qorxuya düşərək onu oyatmağa çalışıblar. Həmin anları videoya çəkən Randal adlı şəxs dəfələrlə siqnal verməsinə baxmayaraq, yatan sürücünün oyanmadığını deyib. Sürücünü oyada bilməyən həmin şəxs daha sonra oradan uzaqlaşıb.

Mütəxəssislər isə avtomatik idarə olunmasına baxmayaraq, hələlik bu avtomobillərin sükanı arxasında yatmağın çox təhlükəli olduğunu bildiriblər. 

 

Oxşar xəbərlər