Boksçumuz dünya çempionatına qələbə ilə başladı
11 sentyabr 2019 18:20
109

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.

"Yeni Sabah" xəbər verir ki, 57 kq çəkidə yarışan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş Əliyevin tam üstünlüyü ilə 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

O, 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.

Oxşar xəbərlər