Messinin zədəsi ciddidir - ÇL-də oynamayacaq
11.sentyabr.2019 19:24
163

Messinin zədəsi ciddidir - ÇL-də oynamayacaq

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədə hələ sağalmayıb.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, böyük ehtimalla, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.

Daha öncə bildirilib ki, argentinalı oyunçu La Liqanın IV turunda keçiriləcək "Valensiya" ilə ev matçında iştirak etməyəcək.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasındakı ilk oyununu sentyabrın 17-də səfərdə Almaniya "Borussiya"sına (Dortmund) qarşı keçirəcək. "Barselona" - "Valensiya" dueli isə sentyabrın 14-də olacaq. 

Oxşar xəbərlər