Vasif Talıbov Badamlıda –
12.sentyabr.2019 07:52
307

Vasif Talıbov Badamlıda –

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Badamlı" Mineral Sular Zavodunun inşası ilə maraqlanıb. 

"Yeni Sabah" xəbər verir ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınıb, Badamlı suyunun mənbəyi yenidən qurulub. Su öz axını ilə zavoda veriləcək. 

Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Sonra o Badamlı qəsəbəsində olub, sakinlərlə görüşüb. Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilməsində iştirak edib. 

 

Vasif Talıbov Badamlıda –Vasif Talıbov Badamlıda –

Oxşar xəbərlər