Bu qəsəbəyə köçənlərə 46 min manat veriləcək
12.sentyabr.2019 12:45
290

Bu qəsəbəyə köçənlərə 46 min manat veriləcək

İtaliyanın Molize qəsəbəsinə köçənlərə 25 min avro (təxminən 46 min manat) pul veriləcək.

"Yeni Sabah" xarici mediaya istinadən qeyd edir ki, bu əyalətin əhalisinin sayı az olduğu üçün belə bir addım atılıb.

Məlumata görə, burada yaşamağa razı olan insanlara 3 il müddətində həftədə 700 avro (1300 manat) pul ödəniləcək.

Hazırda burada 2 min nəfər yaşayır.

Sabrina

Oxşar xəbərlər