İlham Əliyevin gəncliyində sürdüyü maşın tapıldı –
17 sentyabr 2019 07:21
6271

İlham Əliyevin gəncliyində sürdüyü maşın tapıldı –

Azərbaycan prezidentinin 1980-ci ildə sürdüyü avtomobilin fotosu yayılıb.

"Yeni Sabah" baku.ws-ə istinadən xəbər verir ki, Lipetskdə yerləşən "Qaliçya qora" qoruğunda 1975-ci il istehsallı "Ford Qrenada" avtomobili var. Qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib.

Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycan mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.

1980-ci illərin ortalarında qoruğun direktoru, qeyri-adi avtomobillərin böyük həvəskarı idi və "Ford Qrenada"nı öz maşınlarından biri ilə dəyişib. Sonra avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. O vaxtdan maşın qoruqda talvarın yanında dayanır.

 

İlham Əliyevin gəncliyində sürdüyü maşın tapıldı –

Oxşar xəbərlər