07 oktyabr 2019 16:58
243

"İranın Ancelina Colisi" həbs olundu - Fotolar

İranda Ancelina Coliyə bənzəmək üçün dəfələrlə əməliyyat etdirən Sahar Tabar həbs edilib. 

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, S.Tabar dini təhqir etməkvə əxlaqsızlığa təşviq etmək ittihamları ilə saxlanılıb. 

Məlumata görə, Hollivud ulduzuna bənzəmək üçün bir neçə dəfə əməliyyata girən qız bir qrup şəxs tərəfindən dini quruma şikayət edilib. 

21 yaşlı Saharın milyonlarla təqibçisi olan "Instagram" hesabı da bağlanıb.  Qızın tutulmasından sonra sosial şəbəkələrdə minlərlə şəxs ona dəstək mesajları paylaşıb.

Əsmətxanım

Yenisabah.az

Oxşar xəbərlər