Azərbaycanda 9 nəfərlik ailə qəzalı evdə yaşayır -  Fotolar+Video
09 oktyabr 2019 12:25
196

Azərbaycanda 9 nəfərlik ailə qəzalı evdə yaşayır - Fotolar+Video

Lerikdə baş verən zəlzələ nəticəsində evlərə dəyən ziyan müəyyənləşdirilsə də dəymiş ziyan hələ də aradan qaldırılmayıb. 

Bu barədə "Yeni Sabah"ın redaksiyasına daxil olan son şikayətdə bildirilir.

Belə ki, Lerik rayon Tikəband kəndində Dədəcənov Nazilə Kərim qızına məxsus ev zəlzələdən sonra qəzalı vəziyyətə düşüb. Vətəndaş dəfələrlə Lerik İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinə rəsmi şikayət etdiyini, hətta akt bağlandığını, lakin heç bir nəticənin olmadığını deyir.

Şikayətçi bildirir ki, qəzalı vəziyyətdəki evdə yaşamağa davam edirlər:

"Bizə deyirlər ev təhlükəlidir, yaşamaq olmaz. Bəs körpə uşaqlarla biz hara gedək? Ailəmiz 9 nəfərdən ibarətdir. Onların 4-ü  məktəblidir. Yağış yağan kimi evə su dolur. Qarşıdan da qış gəlir".

Məsələ ilə bağlı Lerik rayon Fövqalədə Hallar Komissiyasının sədri Habil Məlikovun məsələyə münasibətini öyrənməyə cəhd etsək də, zənglərə cavab verən olmadı.

Azərbaycanda 9 nəfərlik ailə qəzalı evdə yaşayır - Fotolar+VideoAzərbaycanda 9 nəfərlik ailə qəzalı evdə yaşayır - Fotolar+Video

Əsmətxanım

Yenisabah.az

Oxşar xəbərlər