09 oktyabr 2019 12:45
325

"Victoria's Secret"in ilk "plus size" modeli hamını heyran qoyur - Fotolar

"Victoria's Secret" şirkəti özünün ilk "plus size" modeli ilə müqavilə imzalayıb.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, şirkət  amerikalı model  Eli Teyt Katler ilə razılığa gəlib.

Modelin geyim ölçüsü 42-dir. Model  bildirib ki, mağazalarda bu ölçüdə geyim tapmaq çox çətindir: paltarlar ona ya çox kiçik olur, ya da çox böyük. 

1.77 sm boyu, 65 kq çəkisi olan modelin "Instagram" səhifəsində artıq 128 min izləyicisi var. 

Əsmətxanım

Yenisabah.az

Oxşar xəbərlər