Azərbaycanlı müğənni öz övladını hədiyyə edəcəyini açıqladı
09.oktyabr.2019 15:26
337

Azərbaycanlı müğənni öz övladını hədiyyə edəcəyini açıqladı

"Hər şey daxil"də qonaq qolan müğənni Dəniz hamilə olduğunu efirdə etiraf edib.

"Yeni Sabah" xəbər verir ki, hamiləliyinin üçüncü ayını yaşayan Dəniz efirdə etdiyi etirafla hər kəsi təəccübləndirib.

Belə ki, bir oğlan övladı olan müğənni yenidən oğul anası olacağı təqdirdə dünyaya gətirəcəyi körpəsini həmkarı Mənzurə Musayevaya verəcəyini bildirib:

"Qız övladı olsa, özümə saxlayacam. Oğlan övladı olsa, Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla reklamlarda da danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm". 

Verilişin digər qonağı Mənzurə Dənizin sözlərini təsdiq edib./Milli.az

Oxşar xəbərlər