Ramal səs topladı - Onu maşından uzaqlaşdırdı
10 oktyabr 2019 00:23
587

Ramal səs topladı - Onu maşından uzaqlaşdırdı

"Maşın Şou"da daha bir günə yekun vurulub. İştirakçılar tərərfindən səsverməyə çıxarılan müğənni Ramal İsrafilov sona qədər konkret hədəf açıqlamayıb.

"Yeni Sabah" xəbər verir ki, sonda böyük səs fərqi ilə şouda qalan müğənni aktyor Məcid Hüseynovu yarışmadan kənarlaşdırıb.

***

"Maşın Şou"nun "Maskarad" adlı sürətinin növbəti gününə start verilib.

"Yeni Sabah" xəbər ki, 9 məşhurun iştirakı ilə, şounun daha bir gərgin efir həyacanına start verilib.

Bugünki səsvermənin nəticəsinə görə şəkli qutuya 7 dəfə atılan müğənni Ramal İsrafilov tribunaya çıxaraq, tamaşaçılardan səs istəyib. 

Murad Dadaşovun "Hədəfin kimdir?" sualına Ramal "Hədəfim şoumen iştirakçılardan biri olacaq" cavabını verib.

M.Dadaşov müğənni Niyam Salami və ya aktyor Məcid Hüseynovun hədəf olduğunu iddia edib.

Ramal səs topladı - Onu maşından uzaqlaşdırdı 

 

Yenisabah.az

Oxşar xəbərlər