22.yanvar.2020 13:24
203

"Hər şey sizin üçündür" - Azərbaycanı Ərəbistana dəyişən milli futbolçumuzdan açıqlama

"Qarabağ"dan ayrılan braziliyalı Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna keçidi ilə bağlı təəsüratlarını bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı 31 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" səhifəsində paylaşım edib. Azərbaycan millisinin üzvü hər şeyi ailəsinin yaxşılığı üçün etdiyini vurğulayıb:

"Həyatımın yeni mərhələsi başlayır. İlk növbədə mənə verdiyi fürsətə görə Tanrıya və hər zaman yanımda olan ailəmə dəstək üçün minnətdaram. Hər şey sizin üçündür. Sizi sevirəm. İrəli!".

Qeyd edək ki, ərəb klubu onunla mövsümün sonuna kimi müqavilə imzalayıb.

 

Oxşar xəbərlər