Hökumət xəbərdarlıq etdi: Bu şəhərə giriş-çıxış məhdudlaşdırıla bilər
22 Yan 2020 13:03
665

Hökumət xəbərdarlıq etdi: Bu şəhərə giriş-çıxış məhdudlaşdırıla bilər

Çinli səlahiyyətlilər artıq 9 nəfərin ölümünə səbəb olan koronavirusla bağlı xalqa xəbərdarlıq ediblər.

“Yeni Sabah” BBC-yə istinadən bildirir ki, virusun Uxan şəhərindən yayıldığını açıqlayan hökumət üzvləri turistləri bu şəhərə gəlməməyə, yerli əhalini isə olduqları ərazini tərk etməməyə çağırıblar. 

Bildirilib ki, virusa yoluxma hallarında kəskin artım olarsa, Uxana giriş-çıxışa məhdudiyyət qoyula bilər.

Artıq koronavirusun ilkin mənbəyi də məlum olub. Təhlükəli virusun Uxandakı dəniz məhsulları satan bazardan yayıldığı bildirilir.

Xatırladaq ki, koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı artıq 440 nəfər çatıb. Xəstəlik Çinin  digər şəhərlərinə, həmçinin Cənbi Koreya, Yaponiya və ABŞ-a da sıçrayıb.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər