Gülmirzə Cavadov görüş keçirəcək - Foto
23.yanvar.2020 14:36
200

Gülmirzə Cavadov görüş keçirəcək - Foto

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan, Pirallahı, Neft Daşları və Çilov Adası sakinlərini görüşə dəvət edib.

"Yeni Sabah"ın xəbərinə görə, Gülmirzə Cavadov bildirib ki, bir namizəd olaraq onu daha yaxından tanımaq istəyən, millət vəkili seçiləcəyi təqdirdə etmək istədiyi dəyişikliklər haqqında məlumat almaq istəyən hər kəsi görüşə səsləyir:

"Gəlin, bir-birimizi dinləyək, bir-birimizə dəstək olaq və daha yaxşı gələcək üçün birlikdə çalışaq!"

Qeyd edək ki, görüş 25 yanvar, saat 15:00-da Buzovna qəsəbəsi "Toy Gecəsi" restoranında keçiriləcək.

Gülmirzə Cavadov görüş keçirəcək - Foto

Oxşar xəbərlər