Bakıda kanalizasiya qapaqlarını kim oğurlayır? – Polisə müraciət olundu 
23.yanvar.2020 19:14
459

Bakıda kanalizasiya qapaqlarını kim oğurlayır? – Polisə müraciət olundu 

"Azərsu" ASC-nin balansında olan kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları hələ də müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, qurumun yaydığı məlumata görə, belə hallara daha çox Bakı şəhəri və ətraf qəsəbələrdə rast gəlinir: "Araşdırmalar göstərir ki, kanalizasiya qapaqları və barmaqlıqlar ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verilir. Bəzi insanların asan yolla qazanc əldə etmək üçün törətdiyi bu əməllər "Azərsu" ASC-ni əlavə xərclərlə üzləşdirməklə yanaşı, kanalizasiya infrastrukturlarının istismarını çətinləşdirir. Kanalizasiya quyularının açıq qalması xüsusilə gecə saatlarında sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır".

Qurum bildirir ki, kanalizasiya qapaqları və yağış barmaqlıqlarının oğurlanması hallarının araşdırılması və qarşısının alınması məqsədilə "Azərsu" ASC-nin yerli sukanal idarələri tərəfindən hüquq-mühafizə orqanlarına və digər aidiyyatı təşkilatlara müraciətlər olunub.

"Azərsu" metal qəbulu ilə məşğul olan sahibkarlara tövsiyə edir ki, kanalizasiya qapaqları və yağış barmaqlıqlarını qəbul etməsinlər.

Bakıda kanalizasiya qapaqlarını kim oğurlayır? – Polisə müraciət olundu Bakıda kanalizasiya qapaqlarını kim oğurlayır? – Polisə müraciət olundu Bakıda kanalizasiya qapaqlarını kim oğurlayır? – Polisə müraciət olundu 

Oxşar xəbərlər