“Gizlətməyəcəyəm” - “Neftçi”nin belaruslu məşqçi ilə danışıq apardığı üzə çıxdı
24 Yan 2020 07:47
324

“Gizlətməyəcəyəm” - “Neftçi”nin belaruslu məşqçi ilə danışıq apardığı üzə çıxdı

Litvanın "Jalqiris" klubunun baş məşqçisi Aleksey Baqa "Neftçi"nin ona təklif göndərməsindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, belaruslu çalışdırıcı Litva mətbuatına müsahibəsində Bakı təmsilçisi və digər klublardan gələn təklifləri qəbul etməməsinin səbəbini açıqlayıb:

38 yaşlı mütəxəssis "Sizin “Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə əlaqədə olmağınız doğrudurmu?" sualına belə cavab verib:

"Gizlətməyəcəyəm, klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim.

Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".

Qeyd edək ki, hələ Roberto Bordinin istefasında əvvəl “Neftçi”nin Aleksey Baqa ilə danışıq aparması haqda xəbərlər yayılmışdı.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər