Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin etdi
24 yanvar 2020 11:20
1737

Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, əmrə əsasən polis polkovnik-leytenantı Çingiz Aslanov Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Çingiz Aslanov daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb. (Baku.WS)

 

Yenisabah.az

Oxşar xəbərlər