24.yanvar.2020 11:44
357

"Elə ləkə var ki..." - Bu görüntüsünə görə Damlanı toya çağırmaqdan imtina etdilər - Foto

"Elə ləkə var ki, heç çıxmır. Eləsi də var suya atan kimi gedir".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Damla "5/5" verilişində qonaq olarkən deyib. İfaçı yayılan saxta 18+ videosundan bəhs edib. Damla videonun onun işinə çox təsir etdiyini deyib:

"Hər şey geridə qaldı. Ondan sonra izləyicilərimin sevgisi azalmadı, əksinə çoxaldı".

Verilişin aparıcısı Zaur Kamal Damlanın sözügedən videodan sonra 3 ay evdən çıxmadığını, toylara dəvət olunmadığını bildirib:

"Damla ilə telefonda danışanda dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular".

Oxşar xəbərlər