24.yanvar.2020 12:38
261

"Azarkeşlər indi fikirləşir ki..." - "Qarabağ"ın yeni transferindən açıqlama

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena klubun rəsmi saytına açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, qanalı hücumçu Ağdam klubuna keçidi ilə bağlı təsüratlarını bölüşüb:

"Qarabağ"a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm. "Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi və təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır. 

Öz şəxsi hədəfim haqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm, öz oyunumla özümü onlara sevdirəcəm".

Qeyd edək ki, 22 yaşlı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb. O, İspaniyanın "Leqanes" klubundan transfer edilib.

 

Oxşar xəbərlər