24.yanvar.2020 13:32
352

"Qarabağ"ın legioneri qayıtdı - Rəsmi açıqlama

"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiç artıq yaşıl meydanlara qayıdıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, hazırda komanda ilə Antaliya toplanışında olan 28 yaşlı yarımmüdafiəçinin zədəsi dekabr ayından tam sağalıb.

"Ozobiç demək olar ki, dekabrda tam hazır idi. Bütün məşqlərdə iştirak edirdi, sadəcə meydana çıxmırdı. Hazırda da komanda ilə məşqlərdə iştirak edir. Allaha şükür, zədəsi ilə bağlı ciddi problem yoxdur. Oynamasında da problem yoxdur", - Deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, xorvatiyalı futbolçu keçən ilin iyulundan matçlarda iştirak edə bilməyib. O,  Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdikləri cavab matçında xəsarət almışdı. Zədəsini sağaldan futbolçunu mövsümün ikinci hissəsindən meydanlarda görə biləcəyik. 

Naibə

 

Oxşar xəbərlər