ABŞ-dan hamilə qadınlarla bağlı qadağa
24.yanvar.2020 13:53
218

ABŞ-dan hamilə qadınlarla bağlı qadağa

Amerika Birləşmiş Ştatlarının (ABŞ) daha bir qərar gündəm olub.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, hökumət "doğum turizmi"nə qarşı mübarizə aparmaq üçün yanvarın 23-də hamilə qadınlara vizaların verilməsi qaydalarını sərtləşdirib.

Bəyanatda bildirilir ki, ABŞ Dövlət Departamenti sui-istifadə hallarının qarşısını almaq üçün Birləşmiş Ştatlarda uşaq doğmağa çalışan əcnəbi hamilə qadınların ölkəyə gəlişini qadağan edəcək, çünki ABŞ qanunlarına görə, ölkədə doğulan körpəyə avtomatik olaraq vətəndaşlıq verilir.

Mətbuatda yazılanlara görə, bu qərar ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə tətbiq olunur. Çünki, dövləd başçısı avtomatik vətəndaşlıq verilməsi praktikasının əleyhinədi və bunu bitirəcəyi ilə hədələyib.

 

Oxşar xəbərlər