Xırdalanda maşın vuran uşaqların vəziyyəti necədir?
24.yanvar.2020 14:11
135

Xırdalanda maşın vuran uşaqların vəziyyəti necədir?

Təhsil Nazirliyi Xırdalanda maşın vuran iki şagirdlə bağlı açıqlama yayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Cəsarət Valehov öz "Facebook" hesabında bildirib:

"Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini Bakı City Hospitalda davam etdirirlər.

Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Oxşar xəbərlər