Qarabağda erməni hərbçilər arasında silahlı insident - Yaralılar var
24.yanvar.2020 14:13
140

Qarabağda erməni hərbçilər arasında silahlı insident - Yaralılar var

Bu gün Dağlıq Qarabağda erməni hərbçilər arasında insident yaşanıb.

"Yeni Sabah" aysor.am-a istinadən xəbər verir ki, səhər saatlarında qeydə alınan hadisə zamanı iki hərbçi güllələnib.

Qondarma rejimin Müdafiə Nazirliyindən bildirilib ki, hadisə naməlum şəraitdə baş verib və güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır.

Yaralılardan Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağırdır.

 

Oxşar xəbərlər