İstanbulda koronavirus həyəcanı –
24.yanvar.2020 14:21
244

İstanbulda koronavirus həyəcanı –

Çini ağuşuna alan və bütün dünyanı təşvişə salan koronavirus təhlükəsi Türkiyənin İstanbul şəhərinə də gəlib çıxıb.

"Yeni Sabah" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbula gələn 2 çinli turist karantinaya alınıb.

Belə ki, çinli cütlük Süreyyapaşa Döş Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Bundan sonra bütün xəstəxanada karantina elan edilib. Həkimlərə və tibb bacılarına maska taxmaları ilə bağlı göstəriş verilib. Xəstələrə müdaxilə edən səhiyyə işçilərinə isə xüsusi geyimlərin paylandığı bildirilir.

Turistlərin niyə karantinə alındığı barədə rəsmi açıqlama yoxdur. Güman edilir ki, çinli cütlük koronavirusa yoluxub.

Sabrina Eldarqızı

 

 

İstanbulda koronavirus həyəcanı –

Oxşar xəbərlər