Vilayət Vəliyevdən yeni təyinat
24 Yan 2020 12:36
294

Vilayət Vəliyevdən yeni təyinat

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

"Yeni Sabah" xəbər verir ki, texnika elmləri namizədi, dosent Malik Qarayev Magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu)  fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib.  

Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək  “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.

Oxşar xəbərlər