Bakı metrosunda nasazlıq - Sıxlıq yarandı
24 yanvar 2020 19:24
206

Bakı metrosunda nasazlıq - Sıxlıq yarandı

Bakı Metropolitenin Elmlər Akademiyası stansiyasında qatarların birində problem yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, vaqonların birinin qapısı açılmayıb.

Metropoliten əməkdaşları problemi aradan qaldırmağa çalışıb, lakin qapını işlək vəziyyətə gətirmək mümkün olmayıb. Sərnişinlərdən qatarları tərk etmələri xahiş olunsa da sərnişinlərin bir hissəsi müraciətə əməl etməyiblər. Qatar hərəkətinə davam edib.

Baş vermiş nasazlıq səbəbindən Elmlər Akademiyası stansiyasında izdiham yaşanıb və vaqonların hərəkətində gecikmə baş verib. /Trend

Yenisabah.az

Oxşar xəbərlər