Qırmızıdan keçən
24.yanvar.2020 20:04
245

Qırmızıdan keçən "Hyundai" polis maşını ilə belə toqquşdu - Bakıda - Video

Dünən paytaxda yol nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, Nizami küçəsi ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsində svetoforun qırmızı işığından keçən "Hyundai" markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobil ilə toqquşub.

Toqquşmadan sonra idarəetməni itirən "Hyundai" markalı avtomobil svetofor dirəyinə çırpılaraq onu aşırdıb.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. /Avtosfer.az

Oxşar xəbərlər