24.yanvar.2020 20:42
314

"Beşiktaş" baş məşqçisini istefaya göndərdi

Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb.

"Yeni Sabah" xəbər verir ki, "qara qartallar" əldə edilən zəif nəticələrə görə təcrübəli mütəxəssislə müqaviləyə xitam verib. Klub bununla bağlı bəyanat da yayıb: 

"İdarə heyətimiz "Beşiktaş" klubunun baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb. Ona hər şey üçün təşəkkür edir və gələcək karyerasında uğurlar arzu edirik"

Qeyd edək ki, 56 yaşlı mütəxəssis ötən il komandanın sükanı arxasına keçmişdi.

Oxşar xəbərlər