Virus yayılan şəhərdə xəstəxana tikintisi başladı -
24.yanvar.2020 22:47
205

Virus yayılan şəhərdə xəstəxana tikintisi başladı -

Yanvarın 23-də Çinin Uxan şəhərində yeni növ koronavirusa (2019-nCoV) yoluxanlar üçün xüsusi xəstəxananın inşasına başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Çinin "CGTN" televiziyası xəbər yayıb.

Layihəyə görə, xəstəxananın sahəsi 25 min kvadrat metr olacaq. Tibb müəssisəsi min nəfər üçün nəzərdə tutulub. Obyektin fevralın 3-də istifadəyə verilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bütün ölkələrinə yeni növ koronavirus səbəbindən tədbir görməyə hazır olmağı tövsiyə edib.

Ən son məlumatlara görə, virus səbəbindən 26 nəfər ölüb, 800-dən çox adam virusa yoluxub. /Xəzərxəbər.az

Oxşar xəbərlər