Kişi onu döyən gəncləri güllələdi -  ANBAAN VİDEO
26 Yan 2020 16:42
56228

Kişi onu döyən gəncləri güllələdi - ANBAAN VİDEO

Nijnevartovskda bir qrup naməlum şəxs kişini döyüb. Daha sonra isə həmin kişi avtomatla onu incidənləri güllə atəşinə tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.

Sosial şəbəkədə hadisəni əks etdirən video yayılıb. Kadrlarda naməlum şəxslərin saqqallı kişini binanın girişində döydüyü görünür. Daha sonra döyülən kişi əlində avtomat liftdən çıxır. Həyətə düşən kişi onu döyənlərə atəş açmağa başlayır.

Yerli sakinlər dəfələrlə polisə zəng etdiklərini, lakin laqeyd münasibət gördüklərini deyirlər. Şahidlər gecikən polisə hadisənin baş vermə səbəbini danışıblar. Onların sözlərinə görə, oğlanlar uzun müddət yüksək səslə musiqiyə qulaq asıblar. Saqqallı kişi isə dəfələrlə onlardan musiqinin səsini azaltmağı xahiş edib. Lakin gənclər ona məhəl qoymayıblar. Elə bununla da mübahisə başlayıb. 

Hələlik ölən və ya xəsarət alanlar haqqında məlumat yoxdur.  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər