27.yanvar.2020 15:59
135

"Azərişıq" sosial şəbəkələr vasitəsilə sorğuların qəbuluna başladı

"Azərişıq" ASC "Facebook" və "Instagram" sosial şəbəkələr vasitəsilə vətəndaş sorğularının qəbuluna başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ASC-dən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar qeyd olunan sosial şəbəkələrdə ASC-nin rəsmi internet səhifəsi vasitəsilə onları maraqlandıran sualları ünvanlaya, "Azərişıq"la bağlı bütün məlumatları əldə edə bilər.

Bundan əlavə, müraciətlər "199" Çağrı Mərkəzi vasitəsilə də qəbul olunur.

 

Oxşar xəbərlər