Mahir Əskərovu Moskvada öldürdülər – Anbaan video
28.yanvar.2020 13:46
20272

Mahir Əskərovu Moskvada öldürdülər – Anbaan video

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı öldürülüb.

News-r.ru məlumat verir ki, hadisə Qaribaldi küçəsindəki evlərdən birinin qarşısında baş verib. 

Bazarda satıcı işləyən Mahir Əskərov işdən evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb. 

Həmin şəxs bıçaqla M.Əskərova çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçıb.  Onun meyitini oğlu aşkar edib. 

M.Əskərova hücum anı binanın girişində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub. 

Hadisənin səbəbləri məlum deyil. / Oxu.az

 

Oxşar xəbərlər