Bu ölkədə motosiklet sürmək qadağan olundu - Səbəb
28.yanvar.2020 19:03
221

Bu ölkədə motosiklet sürmək qadağan olundu - Səbəb

Nigeriya motosiklet sürmək qadağan olunub.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin keçmiş paytaxtı olan Loqos şəhərinin sakinləri motosikletdən istifadə edə bilməyəcəklər. Qadağanın səbəbi şəhərdə qəzaların və cinayətlərin saylarının artmasıdır.

Məlumatda bildirilib ki, statistikaya görə, 2016-2019-cu illərdə qəzaların çoxu motosikletlərin iştirakı ilə baş verib.

Bununla yanaşı silahlı quldur dəstələrinin əksəriyyəti cinayət törədərkən motosikletdən istifadə edib.

Oxşar xəbərlər