Balakəndə təmir sexi içindəki maşınla birgə yandı
28.yanvar.2020 23:20
182

Balakəndə təmir sexi içindəki maşınla birgə yandı

Balakəndə maşın təmir sexi içindəki maşınla birgə yanıb.

"Yeni Sabah" xəbər verir ki, bu gün axşam saat 20 radələrində Balakən rayonu Katex kəndində kənd sakini Fərrux Piriyevə məxsus, ümumi sahəsi 80 kv/m olan və hazırda fəaliyyət göstərən maşın təmiri sexində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilmiş, Ramin Davodova məxsus minik avtomobili yanıb. Yanğının yaxındakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo

Oxşar xəbərlər