Qazaxda avtomobil piyadanı vurdu
29.yanvar.2020 00:17
152

Qazaxda avtomobil piyadanı vurdu

Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazaxın Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

Kənd ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  /Report

Oxşar xəbərlər