Seçki ilə bağlı Salyandan son xəbər
09 Fev 2020 13:08
20484

Seçki ilə bağlı Salyandan son xəbər

Salyanda fevralın 8-dən 11-dək asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin gücləndirilmiş iş rejiminə keçirilib və çevik polis alayını rayona yerləşdirmişdi.

Maraqlıdır, rayonda hazırda vəziyyət necədir? Seçki posesində hər hansı qarşıdurma yaxud da insident yaşanır?  “Yeni Sabah” xəbər verir ki, rayondakı vəziyyət barədə Modern.az-a danışan Salyan rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov sakitliyin olduğunu bildirib:

“Rayon daxilində heç bir qarşıdurma yaxud da insident yaşanmır. Seçki prosesi də tam qaydası ilə davam edir. Hər iki dairədə aktivlik müşahidə olunur. İnsanların səsverməyə marağı yüksəkdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl rayonda deputatlığa namizədlər Fəzail Ağamalı ilə Kamil Musavi arasında qarşıdurma baş vermişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər