Azərbaycanda göz oxşayan qar mənzərələri - Fotolar
10 Fev 2020 13:15
1478

Azərbaycanda göz oxşayan qar mənzərələri - Fotolar

Qış fəslinin təbiət mənzərələri milli parklarda özünəməxsus gözəllik yaradıb.

“Yeni Sabah” xəbər verir ki, ölkəmizə yağan qar diqqətləri özünə çəkə bilib.

Şahdağ Milli Parkında qar görüntüləri bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Göygöl Milli Parkında da füsunkar mənzərəni, eko-turistlərin qar sevincini görmək mümkündür.

 Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da qar örtüyünə bürünüb.

Altıağac Milli parkının gözəl təbiətinə qar daha da gözəllik qatıb.

 Samur-Yalama Milli Parkının meşələrinin qarlı mənzərəsi də göz oxşayır.

Aran Qarabağa da qar yağıb. Ağgöl Milli Parkının düzən əraziləri ağappaq görünür.

Bu qış Abşeron yarımadasının ən ucqar nöqtəsinə, Abşeron Milli Parkına da qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri milli parklarımızdakı qışın təbiət gözəlliklərindən zövq almağa dəvət edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər