"Xüsusi çimizdirənim var" - Azərbaycanın ən uzun dırnaqlı məşhurundan etiraf + Video
13 fevral 2020 11:27
908

"Xüsusi çimizdirənim var" - Azərbaycanın ən uzun dırnaqlı məşhurundan etiraf + Video

Yerli şou-biznesin ən uzun dırnaqlarına sahib olan prodüsser Mədinə Məlik "Show-news" verilişinin növbəti müsahibi olub.

Yenisabah.az xəbər verir ki, dırnaqları ilə tez-tez gündəmə gələn prodüsser açıqlamaları ilə diqqət çəkib. O, uzun dırnaqlarının gündəlik işlərində bəzən çətinlik yaratdığını etiraf edib:

"Mane olur, məsələn köynək geyinirəm düymələri çox xırda olur, onda evdəkilərə deyirəm ki, gəlin kömək edin düymələri bağlayaq. Yalan nə deyim, müəyyən məqamlar var ki, kömək lazımdır. Amma çoxunda kömək lazım olmur".

Prodüsser ev işləri də gördüyünü deyib:

"Öyrəşməkdən asılıdır. Nəyisə qarışdırmaq filan lazım olanda onları etmirəm, gigiyena qaydalarına görə. Onları edən var evdə. Amma çox işi özüm edirm. Bu uzun dırnaqlarla ev də yığışdırıram".

O, sosial şəbəkələrdə onun dırnaqlarına söz atanlara da cavab verib:

"Sosial şəbəkədə o xanıma ürəkdən cavab verə bilmədim. Amma indi ürəkdən deyirəm: Canım, məni çimizdirirlər. Arzu edirəm ki, səni də çimizdirsinlər, sən mənim dırnaqlarımın və çimməyimin dərdini çəkməyəsən. Öz həyatının və ətrafındakıların sevgisini düşünərək yaşayasan. Mən düşünürəm ki, bu cavabla çox insanlara cavab verdim".

Yenisabah.az

Oxşar xəbərlər