"Anakonda" qalmaqalı geridə qaldı - Xatun Natavanla barışdı
13 fevral 2020 12:17
334

"Anakonda" qalmaqalı geridə qaldı - Xatun Natavanla barışdı

Şou-biznesin daha iki küsülüsü barışıb.

Yenisabah.az xəbər verir ki, bu dəfə müğənni Natavan Həbibi və Xatun Əliyevadan sevindirici xəbər gəlib.

Onlar vizajist Nigar İbrahimovanın qızının ad günündə bir araya gələrək küsülülüyə son qoyublar.

Hətta Xatun Əliyeva özü sosial şəbəkədə Natavanla olan görüntülərini paylaşaraq, onu işarələyib.

Xatırladaq ki, sənətçilər arasındakı qalmaqala bir il öncə Xatunun "ATV maqazin onlarla" verilişindəki bu açıqlaması səbəb olmuşdu:

"Natavan deyir ki, mən qızılam, brilliyantam, məni istəyin. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: "Otur yerində". Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun. Bir dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada "anakondalıq" edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun".

Yenisabah.az

Oxşar xəbərlər