DİN əməliyyat keçirdi - "Baba" və "Orxan XX" həbs olundu
13 fevral 2020 12:42
390

DİN əməliyyat keçirdi - "Baba" və "Orxan XX" həbs olundu

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, nəticədə dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib.

Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün "Baba", Orxan Ağayev isə "Orxan XX" kod adlarından istifadə edib.

Yenisabah.az

Oxşar xəbərlər