Dəhşətli qəzada həyatını itirən məşhurun dəfn mərasimi gizli keçirildi – Foto
13 fevral 2020 13:55
255

Dəhşətli qəzada həyatını itirən məşhurun dəfn mərasimi gizli keçirildi – Foto

Helikopter qəzasında həyatını itirən basketbolçu Kobe Brayant və qızı Cicinin dəfn mərasimi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, 7 fevral tarixində Kaliforniyanın "Sakit okean mənzərəli xatirə parkı"nda təşkil edilən mərasim gizli baş tutub. Bu idmançının həyat yoldaşı Vanessa Brayantın istəyi ilə olub. Mümkün qarışıqılığın qarşısını almaq üçün dəfn bu cür planlaşdırılıb.

Xatırladaq ki, dünya basketbolunun əfsanəsi, 41 yaşlı keçmiş idmançı, qızı və onlarla bərabər olan daha 7 nəfər ötən ayın 27-də helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb.

Yenisabah.az

Oxşar xəbərlər