"Emilin menecerleri onu "Barselona"ya göndərə biləcəklərini iddia edirlər"
13 fevral 2020 14:12
200

"Emilin menecerleri onu "Barselona"ya göndərə biləcəklərini iddia edirlər"

Qazaxıstanın sports.kz saytı "Tobol"dan ayrılan futbol üzrə Azərbaycan millisinin futbolçusu Emil Balayevdən yazıb.

"Yeni Sabah" xəbər verir ki, yazıda 25 yaşlı qapıçının yenidən hər hansı Qazaxıstan klubuna keçəcəyinin mümkünlüyü vurğulanıb:

"Ötən il çempionatımızın ən yaxşı qapıçılarından biri olan və "Tobol"dan ayrılan Emil Balayevi 2020-ci ildə Qazaxıstanda görməyə bilərik. Burada hər şey əvvəlki nümunələrdə olduğu qədər birmənalı deyil. Emilin menecerləri istedadlı qapıçını "Barselona"ya göndərə biləcəklərini iddia edirlər. Ancaq onun Qazaxıstan Premyer Liqasında çıxış edən klublardan birinə keçməsi daha realdır. Ona görə də hazırda hadisələri qabaqlamaq istəmirik".

Qeyd edək ki, Emil Balayev erməni baş məşqçinin gəlişindən sonra yanvarın 31-i "Tobol"dan ayrılıb. Futbolçu hazırda klubsuzdur.

Yenisabah.az

Oxşar xəbərlər