Mühafizəçini hədələyib məşhurun avtomobilini oğurladılar
13 fevral 2020 16:03
190

Mühafizəçini hədələyib məşhurun avtomobilini oğurladılar

"San-Paulu"nun (Portuqaliya) müdafiəçisi Dani Alvesin avtomobili oğurlanıb.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 11-də Pneyros rayonunda baş verib. Futbolçu avtomobilini dayanacaqda saxlayıb.
Cinayətkarlar hadisə yerindəki mühafizəçini hədələyərək avtomobili oğurlayıblar. Alves məsələ ilə bağlı polisə şikayət edib.

Qeyd edək ki, Alves "San-Paulu"ya ötən ilin yayında keçib. Futbolçu Avropada "Yuventus", "Barselona", PSJ kimi klublarda çıxış edib.

Yenisabah.az

Oxşar xəbərlər