Kərəmat Böyükçöl nəticələrin ləğvindən danışdı
13 fevral 2020 17:23
264

Kərəmat Böyükçöl nəticələrin ləğvindən danışdı

"80 saylı İmişli-Beyləqan seçki dairəsində nəticlərin ləğv olunacağını gözləyirdik".

Bu sözləri Yenisabah.az-a 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Kəramət Böyükçöl bildirib.

Onun sözlərinə görə, səsvermə prosesi zamanı dairə bütün məntəqələrdə saxtakarlıq faktları qeydə alınıb.

"Bununla bağlı bütün foto-video sübutlarımızı Dairə Seçki Komissiyasına təqdim etmişdik. Gözləyirdik ki, nəticələr ləğv olunacaq", -deyə Kəramət Böyükçöl bildirib.

O əlavə edib ki, sözügedən dairədə keçiriləcək təkrar seçkilərə qatılmaq niyyətindədir. Kəramət Böyükçöl həmçinin qeyd edib ki, saxtakarlıqda rolu olan komissiya üzvlərinin də cəzalandırılmasına çalışacaq.

Yenisabah.az

Oxşar xəbərlər