Baloğlan Əşrəfova görə efiri tərk etdi: "Kefim korlanır" - Video
13 fevral 2020 19:06
3783

Baloğlan Əşrəfova görə efiri tərk etdi: "Kefim korlanır" - Video

Nazilə Səfərlinin aparıcısı olduğu ARB TV-nin "Ona qalsa" verilişində qalmaqal yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, verilişin növbəti qonaqları əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli və aşıq Fəzail Miskinli olub.
Verilişin gedişatında Nazilə Səfərli,Baloğlan Əşrəfovdan "Ana" muğamı oxumasını istəyib. Aparıcı əməkdar artistdən tamaşaçıların çoxsaylı istəklərini nəzərə alaraq bunu xahiş edib.
Baloğlan Əşrəfov oxumağa başlamamış Nüşabə Ələsgərli etiraz edib:

"Səhər tezdən ağlamaq istəmirəm. İstəmirəm. Kefim korlanır".

Aparıcı Nüşabə Ələsgərlini fikrindən daşındırmağa çalışsa da istəyinə nail ola bilməyib. Müğənni bir az oturub həmkarının ifasını dinləsə də, sonradan efiri tərk edib.

Yenisabah.az

Oxşar xəbərlər