Azərbaycada minimum əməkhaqqı artırılacaq - RƏSMİ
13 fevral 2020 19:50
708

Azərbaycada minimum əməkhaqqı artırılacaq - RƏSMİ

Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb. /Report

Yenisabah.az

Oxşar xəbərlər